"Qala Sığorta"da yeni təyinat olub

"Qala Sığorta"da yeni təyinat olub Şirkətin İddialara nəzarət Departmentinə direktor təyin edilib
Maliyyə
23 Avqust , 2016 17:28
Qala Sığortada yeni təyinat olub

Bakı. 23 avqust. REPORT.AZ/ "Qala Sığorta" ASC-nin yeni yaradılmış İddialara nəzarət Departmentinə direktor təyin edilib. 

Şirkətdən "Report"a verilən məlumata görə, bu vəzifəyə Fuad Allahverdiyev gətirilib.

F.Allahverdiyev bundan əvvəl ötən ilin sonunda fəaliyyəti dayandırılmış "Qarant Sığorta" ASC-nin İdarə Heyətinin sədri olub.

Xatırladaq ki, "Qala Sığorta" şirkəti 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 6 786 500 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 19,39 manat olan 350 min səhm əsasında formalaşıb. Şirkətin 100% səhmləri "AzRe Təkrarsığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi