"Qala Sığorta" bu il hələ ödəniş etməyib

"Qala Sığorta" bu il hələ ödəniş etməyib Bu barədə şirkətdən məlumat verilib
Maliyyə
16 Sentyabr , 2016 15:31
Qala Sığorta bu il hələ ödəniş etməyib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında "Qala Sığorta" ASC-nin yığımları 3 730 529 manat təşkil edib. Bu barədə "Report"a şirkətdən məlumat verilib.

"Qala Sığorta" ötən ilin ilk 8 ayında praktiki olaraq fəaliyyət göstərmədiyindən və sığorta haqqı toplamadığından onun son bir il üzrə daxilolmalarının dinamikasını hesablamaq mümkün olmayıb.

Bu il isə "Qala Sığorta"nın ödənişləri olmayıb. Şirkətdə bunu sığorta hadisəsinin baş verməməsi ilə izah edirlər. Qeyd edək ki, ötən ilin eyni dövründə "Qala Sığorta" 53 341 manat ödəniş edib.

Xatırladaq ki, "Qala Sığorta" şirkəti 1999-cu ildən fəaliyyət göstərən "Çartis-Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 6 786 500 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 19,39 manat olan 350 min səhm əsasında formalaşıb. Şirkətin 100% səhmləri "AzRe Təkrarsığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi