“Qala Həyat Sığorta" nizamnamə kapitalını artırır

“Qala Həyat Sığorta" nizamnamə kapitalını artırır Maliyyə Bazarlarına Nəzarət Palatası şirkətin səhm emissiyasını dövlət qeydiyyatına alıb
Maliyyə
15 Dekabr , 2016 10:34
“Qala Həyat Sığorta nizamnamə kapitalını artırır

Bakı. 15 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası “Qala Həyat Sığorta" ASC-nin səhm emissiyasını AZ1006008226 nömrəsi ilə dövlət qeydiyyatına alıb. Bu barədə "Report"a Palatadan bildirilib. 

Məlumata görə, emissiya şirkətin hər birinin nominal dəyəri 2 860 manat olan 1 000 yeni səhminin dövriyyəyə buraxılmasını nəzərdə tutur. Səhmlər qapalı üsulla yerləşdiriləcək.

Emissiya uğurlu olsa, "Qala Həyat Sığorta"nın nizamnamə kapitalı 2,86 mln. manat və yaxud 28,57% artaraq 12,87 mln. manata çatacaq.

Son xəbərlər

Orphus sistemi