"Qala Həyat Sığorta"nın yığımları 57% artıb

"Qala Həyat Sığorta"nın yığımları 57% artıb Hesabat dövründə şirkətin ödənişləri də artıb
Maliyyə
19 Noyabr , 2016 15:50
Qala Həyat Sığortanın yığımları 57% artıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında "Qala Həyat Sığorta" ASC-nin yığımları 27 887 284 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56,53% çoxdur.

Hesabat dövründə "Qala Həyat Sığorta"nın ödənişləri də artıb. Belə ki, Şirkət 10 ay ərzində 20 046 442 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 22,05% çoxdur.

2016-cı ilin yanvar-oktyabrında "Qala Həyat Sığorta" topladığl hər 100 manat sığorta haqqının 71,88 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-oktyabrında 92,19% olub. 

Xatırladaq ki, "Qala Həyat Sığorta" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,01 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 860 manat olan 3 500 səhm əsasında formalaşıb. Səhmlərin 88,57%-i "AzRe Təkrarsığorta" ASC-yə, 11,43%-i isə Nizami Məmməd oğlu Mahmudova məxsusdur. 

Son xəbərlər

Orphus sistemi