Yuxarı

“Qala Həyat Sığorta”nın xalis mənfəəti 31% artıb

​“Qala Həyat Sığorta”nın xalis mənfəəti 31% artıb

34

“Qala Həyat Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 37,723 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3,1% azdır.

2018-ci ildə “Qala Həyat Sığorta”nın cəmi öhdəlikləri 14,6% azalaraq 17,027 mln. manata düşüb, cəmi kapitalı isə 8,9% artaraq 20,696 mln. manata çatıb.

Ötən il “Qala Həyat Sığorta”nın gəlirləri 23,232 mln. manat (əvvəlki ilə nisbətən 22,4% az), xərcləri 21,159 mln. manat (25,2% az), mənfəət vergisi ödəmələri isə 384 min manat (8,4% çox) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 1,689 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da 2017-ci illə müqayisədə 31% çoxdur.

Xatırladaq ki, "Qala Həyat Sığorta" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 12,87 mln. manatdır. Şirkətin səhmlərinin 91,11%-i “AzRe Təkrarsığorta ASC-yə (“Qala Sığorta” ASC-nin 100%-lik, “Azər-Türk Bank” ASC-nin 6,55%-lik səhmdarı), 8,89%-i isə “Quna" MMC-yə məxsusdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi