"Qala Həyat Sığorta"nın rəhbərliyində dəyişiklik olub

"Qala Həyat Sığorta"nın rəhbərliyində dəyişiklik olub Şirkətin İdarə Heyətinə rəhbərlik edən şəxs dəyişib
Maliyyə
14 Noyabr , 2016 14:19
Qala Həyat Sığortanın rəhbərliyində dəyişiklik olub

Bakı. 14 noyabr. REPORT.AZ/ "Qala Həyat Sığorta" ASC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsini müvəqqəti icra edən Nicat Hüseynov işdən çıxıb. Bu barədə "Report"a şirkətdən bildirilib.

Məlumata görə, hazırda "Qala Həyat Sığorta"ya müvəqqəti olaraq şirkətin İH-nin üzvü (həm də Satış departamentinin direktoru) Azər Əlizadə rəhbərlik edir.

Xatırladaq ki, "Qala Həyat Sığorta" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,01 mln. manatdır. Şirkətin səhmlərinin 88,57%-i "AzRe Təkrarsığorta" ASC-yə, 11,43%-i isə Nizami Məmməd oğlu Mahmudova məxsusdur. 

Son xəbərlər

Orphus sistemi