"Qala Həyat Sığorta"nın aktivləri 7% artıb

"Qala Həyat Sığorta"nın aktivləri 7% artıb Bakı. 3 aprel. REPORT.AZ/ "Qala Həyat Sığorta" ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 45,705 mln. manat təşkil edib. "Report" şirkətin mühasiba...
Maliyyə
3 Aprel , 2017 09:05
Qala Həyat Sığortanın aktivləri 7% artıb

Bakı. 3 aprel. REPORT.AZ/ "Qala Həyat Sığorta" ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 45,705 mln. manat təşkil edib. "Report" şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 6,9% çoxdur.

2016-cı ildə "Qala Həyat Sığorta"nın uzunmüddətli aktivləri 3 dəfə artaraq 16,607 mln. manat, qısamüddətli aktivləri isə 21,9% azalaraq 29,097 mln. manat olub.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 8,2% azalaraq 27,985 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 9,5% azalaraq 22,446 mln. manat, qısamüddətli öhdəlikləri isə 3,3 dəfə artaraq 538 min manat olub. Ötən il sığortaçının cəmi kapitalı 44,4% artaraq 17,72 mln. manata, nizamnamə kapitalı isə 70,6% artaraq 12,87 mln. manata çatıb.

2016-cı ildə "Qala Həyat Sığorta"nın cəmi gəlirləri 40,004 mln. manat (2015-ci ilə nisbətən 35,8% çox), cəmi xərcləri isə 36,736 mln. manat (37,5% çox) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 3,268 mln. manat olub ki, bu da illik müqayisədə 18,5% çoxdur.

"Qala Həyat Sığorta" ötən il 678 min manat mənfəət vergisi ödəyib və ili 2,589 mln. manat xalis mənfəətlə başa vurub. 

Xatırladaq ki, "Qala Həyat Sığorta" 2008-ci ildə yaradılıb. Hazırda şirkətin dövriyyədə hər birinin nominal dəyəri 2 860 manat olan 4 500 ədəd səhmi var. Səhmlərin 91,11%-i "AzRe Təkrarsığorta" ASC-yə, 8,89%-i isə Nizami Məmməd oğlu Mahmudova məxsusdur. 

Son xəbərlər

Orphus sistemi