"Qala Həyat Sığorta" bazara yeni məhsul çıxarır

"Qala Həyat Sığorta" bazara yeni məhsul çıxarır Bakı. 11 iyun. REPORT.AZ/ Qala Həyat Sığorta ASC bazara yeni məhsul çıxarmağa hazırlaşır.
Maliyyə
11 İyun , 2018 12:11
Qala Həyat Sığorta bazara yeni məhsul çıxarır
0 : 00
0 : 00

Bakı. 11 iyun. REPORT.AZ/ "Qala Həyat Sığorta" ASC bazara yeni məhsul çıxarmağa hazırlaşır. 

"Report" xəbər verir ki, bunu şirkətin İdarə Heyətinin sədr vəzifəsini icra edən Azər Əlizadə deyib.

Onun sözlərinə görə, yeni sığorta məhsulunun qiyməti azı 150 manat olacaq: "Bu məbləğin əvəzində müştərilərə həyatları ilə bağlı 500 manatlıq sığorta təminatı veriləcək. Bu məhsul 2 formada olacaq. Sığorta hadisəsi baş verməzsə, sığorta haqqının 100% və 60% qaytarılmasını nəzərdə tutur. Bu paketi alanlar pulsuz hüquqi yardım da əldə edəcəklər. Sığorta haqqı 2 000 manat olarsa müştəriyə "Qala Həyat Sığorta"dan 14 günlük səyahət sığortası, "Sfera" şirkətindən isə tibbi məsləhətlər hədiyyə ediləcək". 

Son xəbərlər

Orphus sistemi