“Qafqaz Lizinq”in aktivləri 80% azalıb

“Qafqaz Lizinq”in aktivləri 80% azalıb “Qafqaz Lizinq” ASC-nin cəmi aktivləri illik müqayisədə 79,7% azalaraq 663 min manat təşkil edib.
Maliyyə
25 May , 2019 15:15
“Qafqaz Lizinq”in aktivləri 80% azalıb

“Qafqaz Lizinq” ASC-nin cəmi aktivləri illik müqayisədə 79,7% azalaraq 663 min manat təşkil edib.

“Report” bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Qafqaz Lizinq”in cəmi öhdəlikləri, demək olar ki, dəyişməyərək 7 min manat qalıb, cəmi kapitalı isə 79,85% azalaraq 656 min manata, o cümlədən nizamnamə kapitalı 79,4% azalaraq 660 min manata düşüb.

“Qafqaz Lizinq” 2018-ci ili 59 min manat zərərlə başa vurub. Halbuki, şirkət 2017-ci ildən 52 min manat mənfəətlə çıxmışdı. 

Son xəbərlər

Orphus sistemi