"Qafqaz İnkişaf Bankı" problemli kreditlərin həcmi kəskin artıb

"Qafqaz İnkişaf Bankı" problemli kreditlərin həcmi kəskin artıb Bankın depozit portfelində xarici valyutada depozitlərin xüsusi çəkisi 47%-i keçib
Maliyyə
27 Aprel , 2015 13:21
Qafqaz İnkişaf Bankı problemli kreditlərin həcmi kəskin artıb

Bakı. 27 aprel. REPORT.AZ/ "Qafqaz İnkişaf Bankı" ASC-nin aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,78% artaraq 2015-ci il aprelin 1-nə 150,4 mln. manata çatıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, aktivlərin 138,0 mln. manatı kredit portfelinin payına düşüb. Kreditlərin 129,0 mln. manatı və ya 93,46%-i milli valyutada, qalan 9,0 mln. manatı isə xarici valyutada verilib. Cəmi kreditlərin 1,879 mln. manatının və ya 1,36%-nin ödəniş vaxtı keçib.

Hesabata əsasən, bankın kredit portfelində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi ötən ilin müvafiq dövrünə nisbətən 1,35 faiz bəndi artıb. Qeyd edək ki, ötən il aprelin 1-nə bu göstərici cəmi 0,01% və ya 699,5 min manat təşkil edib. Bu da öz növbəsində problemli kreditlərin həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artmasını göstərir.

Bildirək ki, bankın açıqladığı hesabata əsasən, bu müddətdə milli valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi 13,29%, sərbəst dönərli valyutada isə 18,66% təşkil edib.

Bankın depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,83% artaraq 2015-ci il aprelin 1-nə 8,995 mln. manata çatıb. Əgər ötən il depozitlərin 29,77%-i xarici valyutada idisə, bu ilin aprelin 1-nə bu göstərici 47,09%-ə yüksəlib.

Cari il aprelin 1-nə "Qafqaz İnkişaf Bankı"nın nizamnamə kapitalı 57,0 mln. manat, məcmu kapitalı 53,9 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi