"​Qafqaz İnkişaf Bankı"nın aktivləri son bir ildə 15% artıb

"​Qafqaz İnkişaf Bankı"nın aktivləri son bir ildə 15% artıb Bankın kredit portfelində 17% artım müşahidəm olunub
Maliyyə
11 Fevral , 2015 10:00
​Qafqaz İnkişaf Bankının aktivləri son bir ildə 15% artıb

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycanın "Qafqaz İnkişaf Bankı" ASC-nin aktivləri illik müqayisədə 14,98% artaraq 2015-ci il yanvarın 1-nə 147,0 mln. manatı keçib. Aktivlərin 92,63%-i kredit portfelinin payına düşüb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat ilində kredit portfeli 17,40% artaraq ilin sonuna 136,2 mln. manata çatıb. İstehlak kreditlərində isə azalma müşahidə edilib. Ötən il ərzində istehlak kreditlərinin həcmi 11,07% azalaraq 2015-ci il yanvarın 1-nə 20,0 mln. manata düşüb.

Bankın açıqladığı hesabata əsasən, cari ilin əvvəlinə Bankın məcmu kredit portfelində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 1,51% təşkil edib. Bu isə illik müqayisədə 1,37 faiz bəndi çoxdur. Hesabat ilində vaxtı keçmiş kreditlərin həcmi 12 dəfədən çox artaraq cari il yanvarın 1-nə 2,1 mln. manat olub.

İpoteka kreditlərinin həcmi hesabat ilində 96,03% artaraq 2015-ci il yanvarın 1-nə 1,8 mln. manata çatıb.

Bankın depozit portfeli ötən il ərzində 6,22% artaraq ilin sonuna 8,2 mln. manata yüksəlib. Depozitlərin 6,0 mln. manatını müddətli, 2,1 mln. manatını tələb olunanandək depozitlər təşkil edib.

Cari il yanvarın 1-nə "Qafqaz İnkişaf Bankı"nın məcmu kapitalı 60,8 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 8,62% çoxdur.

Son xəbərlər

Orphus sistemi