"Qafqaz İnkişaf Bankı"nın aktivləri 18% artıb

"Qafqaz İnkişaf Bankı"nın aktivləri 18% artıb Depozit portfelinin 77%-i xarici valyutada saxlanılır
Maliyyə
30 İyul , 2015 14:48
Qafqaz İnkişaf Bankının aktivləri 18% artıb

Bakı. 30 iyul. REPORT.AZ/ "Qafqaz İnkişaf Bankı" ASC-nin aktivləri illik müqayisədə 18,03% artaraq cari il iyulun 1-nə 156,955 mln. manata çatıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, kredit portfeli illik 17,63% artraq 138,152 mln. manat təşkil edib. Kredit portfelinin 2,04%-nin və ya 2,814 mln. manatının ödəniş vaxtı keçib. Bildirək ki, ötən ilin müvafiq dövründə bu göstərici 1,66% olmaqla 2,006 mln. manat təşkil edib.

Hesabat dövründə depozit portfeli 10,3% artaraq 8,785 mln. manata yüksəlib. Depozit portfelinin 77,04%-i və ya 6,768 mln. manatı xarici valyutada yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi