"PwC": Son 10-12 ildə SOCAR-da güclü transformasiya gedir

"PwC": Son 10-12 ildə SOCAR-da güclü transformasiya gedir Dünya üzrə CEO-ların 38%-i gəlirlərinin növbəti 12 ayda artacağına tam əmindir
Maliyyə
29 Mart , 2017 13:20
PwC: Son 10-12 ildə SOCAR-da güclü transformasiya gedir

Bakı. 29 mart. REPORT.AZ/ "PwC CEO" araşdırması göstərir ki, iqtisadi qeyri-müəyyənliyin davam etməsinə baxmayaraq, qlobal biznes liderlərinin şirkət gəlirlərinin uzunmüddətli artımı ilə bağlı proqnozları daha yüksəkdir. CEO-ların 38%-i gəlirlərinin növbəti 12 ay ərzində artacağına tam əmindirlər”. “Report” xəbər verir ki, bunu “PricewaterhouseCoopers Global”ın (PwC) Mərkəzi və Şərqi Avropa üzrə baş icraçı direktoru Olqa Qriger-Siddons Azərbaycanda media nümayəndələri ilə keçirilən görüşdə deyib.

"PwC" rəsmisi deyib ki, bu rəqəm 2016-cı ildə 35% olub: “2009-cu ildə də analoji araşdırmalar aparılıb və dünya üzrə bu rəqəm 25%-ə bərabər olub”.

"PwC"-nin Azərbaycan üzrə idarəedici partnyoru və Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Direktorlar Şurasının üzvü Mövlan Paşayev isə 2009-cu ildə Azərbaycanda bu rəqəmin 21% civarında olduğunu açıqlayıb.

M.Paşayevin sözlərinə görə, Azərbaycanın yerli şirkətləri beynəlxalq təcrübəyə uyğunlaşmağa çalışır: “Son illər yerli şirkətlər xarici təcrübə ilə uzlaşmağa çalışır. Nümunə üçün Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) göstərmək olar. Son 10-12 ildə SOCAR-da güclü transformasiya gedir. Şirkət qarşısına məqsəd qoyub ki, xarici təcrübəni öyrənib öz fəaliyyətində tətbiq edəcək. Bu, çox mütərəqqi bir haldır”.

"PwC" rəsmisi deyib ki, bəzən universitetlərdə verilən təhsillə şirkətlərdə tələb olunan bilik uyğun gəlmir: “Biz özümüz işə yeni insan götürəndə heç vaxt onun diplomunda nə yazıldığına baxmırıq. Bizim üçün maraqlı deyil ki, bu, tərcüməçidir, yoxsa mühəndisdir. Əsas önəmli olan həmin şəxsin işə uyğunlaşması və prosesləri anlamasıdır”.

Son xəbərlər

Orphus sistemi