"PwC" şirkəti "Caspian Development Bank"ın auditini keçirib

"PwC" şirkəti "Caspian Development Bank"ın auditini keçirib Bank ötən ili 8,426 mln. manat mənfəətlə başa vurub
Maliyyə
18 May , 2016 13:41
PwC şirkəti Caspian Development Bankın auditini keçirib

Bakı. 18 may. REPORT.AZ/ "Pricewaterhouse Coopers" (PwC) beynəlxalq audit şirkəti "Caspian Development Bank" (CDB) ASC-nin 2015-ci il üzrə maliyyə hesabatlarının auditini keçirib.

Bankdan "Report"a verilən məlumata görə, audit zamanı Bankda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, maliyyə hesabatlarının beynəlxalq standartlara, mühasibat sisteminin isə Azərbaycan qanunvericiliyi və standartlara uyğunluğu təhlil edilib.Təhlilə əsasən, 2015-ci il ərzində Bankın aktivləri 129 060,73 min manat, kredit portfelinin həcmi isə 109 060,73 min manat təşkil edib.

Depozit portfeli 2015-ci ilin yekunlarının nəticələrinə əsasən, 37 749,97 min manata çatıb.

Ümumilikdə, ötən ili CDB 8 426,26 min manat mənfəətlə başa vurub.

"Qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, audit rəyində təqdim olunmuş informasiyalardan sərbəst istifadəni təmin etmək məqsədilə 2015-il üzrə audit rəyi (eləcə də Bankın illik hesabatı) CDB-nin rəsmi internet səhifəsində yerləşdirilib", - deyə Bankdan bildirilib.

Son xəbərlər

Orphus sistemi