“PwC”: Dünya üzrə ÜDM-in həcmi süni intellektin hesabına 16 trln. dollar artacaq

“PwC”: Dünya üzrə ÜDM-in həcmi süni intellektin hesabına 16 trln. dollar artacaq Bu, 2030-cu ilə qədər baş verəcək
Maliyyə
29 İyun , 2017 13:01
“PwC”: Dünya üzrə ÜDM-in həcmi süni intellektin hesabına 16 trln. dollar artacaq

Bakı. 29 iyun. REPORT.AZ/ 2030-cu ilə qədər dünya üzrə ümumi daxili məhsulun (ÜDM) həcmi süni intellektin hesabına 15,7 trln. dollar artaraq 90 trln. dollara çatacaq.

“Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə “PwC” audit şirkətinin hesabatında bildirilir.

Sənədə əsasən, artımın 6,6 trln. dollarlıq hissəsi istehsal proseslərinin avtomatlaşdırılması və süni intellekt sayəsində əmək resurslarının artması hesabına təmin olunacaq. Qalan 9,1 trln. dollarlıq ÜDM isə fərdi istehlaka hesablanmış, yüksək keyfiyyətli məhsul istehsalı sayəsində formalaşacaq.

“Biz gələcəyi insan və maşınlar birlikdə daha effektiv görürük, nəinki insan təkbaşına olsun”, - deyə “PwC”nin analitiki Anan Rao bildirib. 

Son xəbərlər

Orphus sistemi