Yuxarı
    Bağlamaq

    "PwC Azerbaijan”: Elektron ticarətə ƏDV-nin tətbiqi bankların müştərilərini azalda bilər

    Vergi Məcəlləsinə dəyişikliklər şirkətin müştərilərinin işinə də təsir edib

    Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycanda elektron ticarətə əlavə dəyər vergisinin (ƏDV) tətbiqi yerli kommersiya banklarının müştərilərinin azalmasına səbəb ola bilər.

    "Report" xəbər verir ki, bunu "PwC Azerbaijan”ın vergi məsələləri üzrə baş meneceri Rizvan Qubiyev deyib.

    Onun sözlərinə görə, son nəticədə ölkə vətəndaşları Gürcüstan və Türkiyə banklarının kartları vasitəsilə elektron ticarət əməliyyatları aparacaqlar. 

    R.Qubiyev həmçinin qeyd edib ki, yenilənmiş Vergi Məcəlləsi ilə vergi məsələlərinin nizamlanmasının bankların üzərinə qoyulması əlavə xərclərə səbəb olacaq.

    "PwC Azerbaijan”ın vergi məsələləri üzrə direktoru Arif Quliyev isə deyib ki, yeni dəyişikliklər təmsil etdiyi şirkətin müştərilərinin işinə də təsir göstərib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi