Yuxarı
    Bağlamaq

    "PwC" audit şirkəti bitkoində ilk ödəməsini qəbul edib

    Bakı. 4 dekabr. REPORT.AZ/ "PricewaterhouseCoopers" beynəlxalq audit şirkəti göstərdiyi xidmətə görə ilk dəfə olaraq bitkoində ödəmə qəbul edib.

    "Report" xəbər verir ki, bu barədə Şirkətin Honq-Konq ofisindən məlumat verilib.

    Məlumatda həmçinin bildirilir ki, "PwC" bundan sonra kriptovalyutaların ilkin emissiyası, kriptovalyuta birjaları və kripto-fondlarla bağlı konsaltinq xidmətləri göstərəcək. 

    "Bu qərar Şirkətimizin yeni texnologiyalar və innovativ biznes-modellərini bütün xidmət spektri üzrə tətbiq etdiyimizi göstərəcək. Həmçinin aldığımız qərar, bitkoin və digər məşhur kriptovalyutaların geniş qəbul edilmiş hesablaşma vasitəsinə çevrildiyini əks etdirəcək", - deyə şirkətin Asiya-Sakit Okean regionu üzrə rəhbəri Reymund Çao (Raymund Chao) bildirib.

    Xatırladaq ki, dekabr ayının 18-dən etibarən ABŞ-ın CME və CBOE birjaları bitkoinlə fyuçers əməliyyatlarına başlayacaq. Hazırda bitkoinin qiyməti isə 11 300 dollara bərabərdir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi