​Azərbaycanda pul bazası azalıb

​Azərbaycanda pul bazası azalıb İlin əvvəlindən pul bazası 8,6% azalıb
Maliyyə
4 Fevral , 2015 16:06
​Azərbaycanda pul bazası azalıb

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycanda mövcud olan pul bazasının ümumi həcmi cari il fevralın 1-nə 10,551 mlrd. manat təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,41% və ya 486,5 mln. manat azdır. Cari ilin əvvəli ilə müqayisədə isə azalma 8,58% və ya 990,9 mln. manat təşkil edib.

Xatırladaq ki, ötən il ən yüksək göstərici sentyabrın 1-də (11,743 mlrd. manat) qeydə alınıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Son xəbərlər

Orphus sistemi