“PSG Kapital İnvestisiya Şirkəti”nin aktivləri 59% artıb

“PSG Kapital İnvestisiya Şirkəti”nin aktivləri 59% artıb “PSG Kapital İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri illik müqayisədə 58,8% artaraq bu il yanvarın 1-nə 22,842 mln. manat təşkil edib.
Maliyyə
16 May , 2019 17:05
“PSG Kapital İnvestisiya Şirkəti”nin aktivləri 59% artıb

“PSG Kapital İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri illik müqayisədə 58,8% artaraq bu il yanvarın 1-nə 22,842 mln. manat təşkil edib.

“Report” bu barədə kommersiya qurumunun maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə “PSG Kapital"ın cəmi öhdəlikləri 52,5% azalaraq 20,36 mln. manat, cəmi kapitalı isə 2,4 dəfə artaraq 2,482 mln. manat olub.

İnvestisiya şirkəti 2018-ci ili 387 min manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci ilə nisbətən, təxminən, 9,7 dəfə çoxdur. 

Son xəbərlər

Orphus sistemi