“PSG Kapital”da yeni təyinat olub

“PSG Kapital”da yeni təyinat olub Cəfər İbrahimli investisiya şirkətinin direktor müavini təyin edilib
Maliyyə
15 Avqust , 2017 13:42
“PSG Kapital”da yeni təyinat olub

Bakı. 15 avqust. REPORT.AZ/ “PSG Kapital İnvestisiya Şirkəti” QSC-yə direktor müavini təyin edilib.

“Report” xəbər verir ki, bu vəzifəyə Azərbaycanın qiymətli kağızlar bazarı üzrə tanınmış mütəxəssisi, maliyyə analitiki Cəfər İbrahimli gətirilib.

O, bundan əvvəl “Kapital Menecment İnvestisiya Şirkəti" ASC-nin Müşahidə Şurasının (MŞ) üzvü olub.

Xatırladaq ki, “PSG Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. Şirkətin səhmləri 100% Faiq Ağababa oğlu Məmmədova məxsusdur. 

Son xəbərlər

Orphus sistemi