“PSG Finans” maliyyə göstəricilərini açıqlayıb

“PSG Finans” maliyyə göstəricilərini açıqlayıb Bakı. 23 may. REPORT.AZ/ “PSG Finans” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 2,41 mln. manat təşkil edib.“R...
Maliyyə
23 May , 2017 08:51
“PSG Finans” maliyyə göstəricilərini açıqlayıb

Bakı. 23 may. REPORT.AZ/ “PSG Finans” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 2,41 mln. manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 32,7% azdır.

“PSG Finans”ın aktivlərinin 76,9%-ni və yaxud 1,853 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 5,5% böyüyüb.

Ötən il BOKT-un cəmi öhdəlikləri 51,5% azalaraq 839 min manat, cəmi kapitalı isə 15,1% azalaraq 1,571 mln. manat olub.

“PSG Finans” 2016-cı ili 24 min manat xalis mənfəətlə başa vurub. Bu, 2015-ci illə müqayisədə təxminən 5 dəfə azdır.

Xatırladaq ki, “PSG Finans” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,7 mln. manatdır. BOKT “PSG” Şirkətlər Qrupuna daxildir. Bu holdinqdə “PSG-Kapital İnvestisiya Şirkəti” QSC də təmsil olunur. 

Son xəbərlər

Orphus sistemi