Proqnoz: Yaxın aylarda neftin qiyməti 60 dollara düşə bilər

Proqnoz: Yaxın aylarda neftin qiyməti 60 dollara düşə bilər Bakı. 19 yanvar. REPORT.AZ/ Yaxın aylarda qlobal bazarda Brent markalı neftin qiymətinin aşağı düşməsi və 60 dollar/barel səviyyəsinə enməsi ilə bağlı risklər mövcuddur.
Maliyyə
19 Yanvar , 2018 17:41
Proqnoz: Yaxın aylarda neftin qiyməti 60 dollara düşə bilər

Bakı. 19 yanvar. REPORT.AZ/ Yaxın aylarda qlobal bazarda "Brent" markalı neftin qiymətinin aşağı düşməsi və 60 dollar/barel səviyyəsinə enməsi ilə bağlı risklər mövcuddur.

“Report” bu barədə "Saxo Bank"ın I rüb üçün hazırladığı proqnozlara istinadən xəbər verir.

"2018-ci ildə neftin qiymətini, əsasən, 3 amil – neft hasil edən şirkətlərin qiymət artımına münasibəti, neft təchizatında yeni risklər və dünya iqtisadiyyatının daha da güclənməsi amilləri müəyyən edəcək", - deyə Bankdan bildirilib.

Qeyd edək ki, "Saxo Bank"ın proqnozu ticarət aktivlərinin əsas kateqoriyaları - valyuta, xammal, qiymətli kağızlar, həmçinin makroiqtisadi tendensiyaları əhatə edir. Bankın ekspertləri hesab edirlər ki, sakit keçən 2017-ci ildən fərqli olaraq 2018-ci ildə bazarı bir çox risklər gözləyir.

Son xəbərlər

Orphus sistemi