​Proqnoz: Türkiyədə dolların məzənnəsi qısa müddətdə 2,80 TRY/USD-yə çatacaq

​Proqnoz: Türkiyədə dolların məzənnəsi qısa müddətdə 2,80 TRY/USD-yə çatacaq Lirənin ucuzlaşması Türkiyədən Azərbaycana idxalı artıracaq
Maliyyə
28 Aprel , 2015 11:31
​Proqnoz: Türkiyədə dolların məzənnəsi qısa müddətdə 2,80 TRY/USD-yə çatacaq

Bakı. 28 aprel. REPORT.AZ/ Türkiyə Mərkəz Bankının (TMB) ötən həftə keçirilən iclasında AŞ dollarının ucuzlaşdırılması istiqamətində konkret qərar qəbul etməməsi səbəbindən dolların məzənnəsinin yüksəlməsi davam edib və məzənnə artıq 2,74 TRY/USD səviyyəsinə çatıb.

"Report"un məlumatına görə, TMB-nin faizlərdə dəyişiklik həyata keçirməməsi qərarı bazar iştirakçıları tərəfindən Bankın dolların məzənnəsini normal qəbul etməsi kimi qiymətləndirilib. Bu xəbərdən sonra dollar gün ərzində (aprelin 22-də) 2,70 səviyyəsindən 2,74-ə yüksəlib. Analitiklər belə olan şəraitdə dolların məzənnəsinin 2,80 TRY/USD-yə qədər yüksələcəyini gözləyirlər.

Qeyd edək ki, Türkiyədə artıq dövlət istiqrazlarının gəlirliyi 2-illik kağızlar üzrə 10% həddini aşıb,10-illik istiqrazlar üzrə isə 9,3% olub.

Xatırladaq ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşları arasında Rusiyadan sonra ikinci yeri tutur. Türkiyə ilə ticarət dövriyyəsi 2015-ci ilin ilk rübündə keçən ilin müvafiq dövrünə nəzərən 21% artaraq 323 mln. dollar təşkil edib. Türkiyə lirəsinin ABŞ dolları ilə müqayisədə zəifləməsi bu ölkədən idxalın daha da artmasına gətirib çıxara bilər.

Son xəbərlər

Orphus sistemi