Proqnoz: Qızıl, neft və metalları yeni ucuzlaşma dalğası gözləyir

Proqnoz: Qızıl, neft və metalları yeni ucuzlaşma dalğası gözləyir Yaxın aylarda dünya bazarında qızıl, neft, alüminium, mis və bir sıra digər xammal növləri daha 20% ucuzlaşa bilər
Maliyyə
10 Noyabr , 2015 17:30
Proqnoz: Qızıl, neft və metalları yeni ucuzlaşma dalğası gözləyir

Bakı. 10 noyabr. REPORT.AZ/ Yaxın aylarda dünya bazarında qızıl, alüminium, neft, mis və bir sıra xammal qiymətlərində daha 20% azalma gözlənilir. "Report"un analitik qrupu hesab edir ki, ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırması və dolların güclənməsi fonunda xammal qiymətləri azalmağa davam edəcək. Bundan başqa, investorlar Çində xammala tələbatın azalmasını da qiymətlərin düşməsinin əsas səbəbi kimi göstərirlər.

Qızıl hazırda 1 090 dollar/unsiyadan satılır və bu, son 5,5 ilin minimal səviyyəsi olan 1 045 dollar/unsiyaya çox yaxındır. Qeyd edək ki, qızıl 1 020 dollar/unsiya səviyyəsində birjalarda tələblə üzləşməsə, qızılın unsiyasının qiyməti uzunmüddətli perspektivdə hətta 700 dollara düşə bilər.

Alüminiumun hər tonunun qiyməti isə hazırda 1 500 dollara yaxındır. Çin alüminium istehlakçısı kimi həm də iri istehsalçıdır. Daxili bazarda tələbin azalması Çini alüminium ixracını artırmağa vadar edir. Qeyd edək ki, oktyabr ayında Çindən alüminium ixracı 330 min ton olub ki, bu da 2014-cü ilin fevralından etibarən ən minimal rəqəmdir. Alüminiumun hər bir tonu üçün qiyməti 1987-2015-ci illərdə 1 000-3 500 dollar arasında dəyişib. Alüminiumun qiymətinin 1 310 dollar/tona qədər geriləməsi istisna edilmir.

"Brent" markalı neftin qiyməti 51 dollar/bareldən aşağı səviyyədə qalacağı təqdirdə qiymətlərin ilk mərhələdə 36,2 dollar/barelə qədər azalması proqnozlaşdırılır. Bu səviyyə son 11 ildə (2008-ci ilin dekabr ayından) ən minimal həddir.

Misin qiyməti isə artıq son 6 ilin minimal səviyyəsində qərarlaşıb. Hazırda bir ton mis 2 200 dollara satılır. Qeyd edək ki, ən böyük mis idxalçısı olan Çində oktyabrda tələbat sentyabr ayı ilə müqayisədə 7,7% azalaraq 420 min tona düşüb. Misin qiymətinin yaxın 3-6 ay ərzində 1 900 dollar/tona qədər geriləməsi ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi