Yuxarı

​Proqnoz: Gələn ilin sonunadək Türkiyədə dollar 24% bahalaşacaq

Qərb iqtisadçıları parlament seçkilərinin nəticələrini fərqli qiymətləndirirlər

Bakı. 9 iyun. REPORT.AZ/ İyunun 7-də Türkiyədə keçirilən parlament seçkilərinin nəticələri ölkənin uzun illər ərzində formalaşacaq siyasi keçid mərhələsinə qədəm qoyduğunu göstərir. "Report" xəbər verir ki, bu qənaətə "Goldman Sachs" investisiya bankının ekspertləri gəlib.

Hazırda Türkiyə müxtəlif koalisiya ssenarilərinin olduğu, qeyri-müəyyənlik və erkən seçki riski yaranmış bir siyasi vəziyyətdədir. Bu vəziyyətə dərin köklü makroiqtisadi qeyri-müəyyənliklər əlavə edildikdə Türkiyənin risk dərəcəsinin yenidən qiymətləndirilməsi zəruridir.

"Goldman Sachs"ın analitiklərinin proqnozlarına əsasən, yaxın bir il ərzində ABŞ dollarının məzənnəsi 3,15 TRY/USD, 2016-cı ilin sonuna kimi isə 3,40 TRY/USD səviyyəsinə çatacaq. Hazırda isə dolların məzənnəsi 2,75 TRY/USD-yə bərabərdir.

"JP Morgan" bankının müşahidəçiləri də hakim partiya - AKP-nin parlamentdə səs çoxluğunu itirməsinin siyasi qeyri-sabitliyi dərinləşdirdiyini bildirirlər. Bu vəziyyətin uzun müddət davam edəcəyini vurğulayan ekspertlər Türkiyə parlamentinin müstəqilləşməsini müsbət hal kimi qiymətləndirirlər.

"JP Morgan" siyasi qeyri-müəyyənlik və əsaslı islahatlar mərhələsində gecikmənin olmasını Türkiyənin maliyyə aktivlərinə təzyiq göstərəcəyini qeyd edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi