​Proqnoz: Gələn il Türkiyədə dolların məzənnəsi 3,20 TRY/USD-yə çatacaq

​Proqnoz: Gələn il Türkiyədə dolların məzənnəsi 3,20 TRY/USD-yə çatacaq "Goldman Sachs": Türkiyə lirənin zəifləməsinin qarşısını almaq üçün kreditləri bahalaşdırmalıdır
Maliyyə
23 Aprel , 2015 10:46
​Proqnoz: Gələn il Türkiyədə dolların məzənnəsi 3,20 TRY/USD-yə çatacaq

Bakı. 23 aprel. REPORT.AZ/ Türkiyədə ABŞ dollarının məzənnəsi 2016-cı ilin sonuna qədər 3,20 TRY/USD səviyyəsinə kimi yüksələ bilər. "Report"un məlumatına görə, bunu Türkiyə Mərkəz Bankı (TCMB) Monetar siyasət Komitəsinin dünən keçirilən iclasının yekun nəticələrini təhlil edən "Goldman Sachs" bankının analitikləri bildirib.

Qeyd edək ki, dünənki iclasda TMB uçot dərəcəsini dəyişdirməyib və yalnız məcburi ehtiyat normasını 0,50 bənd artırıb.

"Goldman Sachs" TMB-nin verdiyi qərarların maliyyə bazarının gözləntilərinə uyğun olmadığını və son aylar zəifləyən milli valyutaya dəstək vermədiyini açıqlayıb. Analitiklərin fikrincə, Türkiyə lirəsinin zəifləməsinin qarşısını almaq üçün TMB yaxın günlərdə milli valyutada likvidliyi azaltmaq və faizləri önəmli dərəcədə artırmaq qərarı ala bilər. Qeyd edək ki, dünənki iclasdan sonra dolların məzənnəsi 2,68 TRY/USD-dən 2,72 TRY/USD-yə yüksəlib.

"Goldman Sachs" yaxın 3 ayda məzənnənin 2,55 TRY/USD, 6 ayda 2,70 TRY/USD, 12 ayda 2,95 TRY/USD və 2016-cı ilin sonuna isə 3,20 TRY/USD olacağını proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi