Proqnoz: Dolların zəifləyəcəyi gözlənilir

Proqnoz: Dolların zəifləyəcəyi gözlənilir ​"Saxo Bank": Maliyyə bazarlarında tərəddüdlər maksimuma çata bilər, valyuta bazarında bu il dayanıqsızlıq hiss olunacaq
Maliyyə
15 Yanvar , 2015 16:33
Proqnoz: Dolların zəifləyəcəyi gözlənilir

Bakı. 15 yanvar . REPORT.AZ/ Multi-aktivlər və investisiyalar ticarəti üzrə ixtisaslaşan "Saxo Bank" 2015-ci il üçün qlobal maliyyə bazarı və onun əsas ticarət istiqamətləri ilə bağlı illik proqnozunu dərc edib. "Report"un proqnoza istinadən verdiyi xəbərə görə, artıq bu ilin birinci rübündə maliyyə bazarlarında tərəddüdün maksimuma çatacağı gözlənilir.

"Saxo Bank"ın son proqnozuna əsasən, dünya iqtisadiyyatı və iqtisadi kursun dəyişməsi görünməmiş resinxronizasiya hiss edə bilər ki, bu da neftin 1 barrelinin qiymətinin 60 ABŞ dollarından aşağı həddə müəyyənləşdirəcək ciddi geosiyasi risklərə gətirib çıxara bilər. Eyni zamanda bir çox inkişaf etmiş ölkələrdə yumşaq və inkişafda olan ölkələrə nisbətən sərt pul siyasətinə baxmayaraq, inflyasiya səviyyəsinin aşağı düşməsi gözlənilir. Lakin ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən pul siyasətinin sərtləşdirilməsi də bu ilin ortalarına planlaşdırılır.

Qlobal iqtisadiyyatın tənzimlənməsi inkişafda olan ölkələrdə iqtisadi artımın ləngiməsinə, deflyasiya ilə problemlərə və ÜDM göstəricilərinə nisbətən artan borcla qarşıdurmanın kəskinləşməsinə gətirib çıxaracaq. "Saxo Bank"ın aparıcı iqtisadçısı Stin Yakobsen (Steen Jacobsen) hesab edir ki, müqavimətin üsulları enerji resurslarına cüzi artan qiymətlərə və dəyişməmiş faiz dərəcələrinə nisbətən stabilliyi qoruyacaq, ucuz dollar olacaq. Lakin 2014-cü ildən etibarən cərəyanların inkişafına əsaslanan maksimal tərəddüd nöqtəsi cari ilin birinci rübündə nəzərə çarpacaq. Belə ki, Avropa Mərkəzi Bankı kütləvi yumşaltma proqramının tətbiqi üzrə heç də ən yaxşı qərar qəbul etməyib.

Valyuta bazarı da 2015-ci ildə dayanıqsızlıq hiss edəcək. Daha çox gözlənilən tendensiya dolların zəifləməsidir, baxmayaraq ki, bank Asiyada valyuta konfliktlərinin gərginləşməsi nəticəsində sözügedən valyutanın birinci rübdə möhkəmlənəcəyini proqnozlaşdırır. "Saxo Bank"ın "Forex" platformasında ticarət üzrə əsas tövsiyələri sırasına İsveçrə Milli Bankı tərəfindən bu il ola biləcək mənfi göstəricilər üçün USD/CHF mövqelərindən gələcəkdə istifadə, həmçinin dünya üzrə deflyasiyanın yayılması təqdirində Çin valyutasının devalvasiya ilə üzləşə biləcəyi halda Çin yuanı və Yaponiya yenasının dollara qarşı satışı daxildir.

"Saxo Bank"ın proqnozlarına görə, 2015-ci ildə qlobal iqtisadiyyatın artım tempi 2014-cü ildəki 2,2%-ə qarşı 3% təşkil edəcək və bu da enerji resurslarının qiymətlərinin aşağı olması, inkişaf etmiş ölkələrdə bir o qədər də sərt olmayan iqtisadi siyasət və geosiyasi gərginlik səbəbindən riskə uğraya biləcək ticarətin yüksək artımı ilə xarakterizə olunur.

ABŞ iqtisadiyyatı istehlak sahəsi və enerji resurslarına qiymətin aşağı olması səbəbindən sürətli dayanıqlı templə artacaq. “Saxo Bank” 2015-ci ildə ABŞ-da iqtisadi atrım tempinin 3% təşkil edəcəyini proqnozlaşdırır.

"Avrozona üçün proqnoz etmək bir qədər çətindir. Belə ki, struktur islahatları təsadüfi xarakter daşıyır, özəl sektor isə borcun maliyyələşdirilməsi payını azaldır və bununla da iqtisadi artımın və inflyasiyanın qarşısını alır", - deyən "Saxo Bank" ekspertləri bu regionda iqtisadi artımın 1% olacağını proqnozlaşdırırlar.

Böyük Britaniyada özəl sektorun inkişafı və onun hökumət tərəfindən strateji dəstəklənməsi səbəbindən iqtisadi artım 2015-ci ildə 2,5% təşkil edəcək. Lakin bu ölkədə mənzil sektorunun inkişafı kifayət qədər ləngiyəcək.

"Saxo Bank" məqsədi iqtisadi artım tempinin azaldılması olan Çin Mərkəzi Bankının dünya iqtisadiyyatına təsir edən yumşaldıcı islahatlarına əvvəlki kimi skeptik yanaşır. Bank Çin iqtisadiyyatının artım tempini razılaşdırılmış səviyyədən aşağı – 6,7% təşkil edəcəyini proqnozlaşdırır.

Avrozonada cari ildə iqtisadi artımın nisbətən aşağı olacağına baxmayaraq, "Saxo Bank" hesab edir ki, 2015-ci ildə Şərqi Avropa və Aralıq dənizi ölkələri bu inkişafı dəstəkləyəcək.

Qeyd edək ki, "Saxo Bank" özəl investor və korporativ müştərilərə ticarət üçün xidmətlər və investisiya strategiyasının tam spektrini təklif edir, multi-aktivlərin və investisiyaların online ticarəti ilə məşğul olan aparıcı peşəkar təşkilatdır. Onun TradingFloor.com maliyyə ictimai portalı multi-aktivlərin online ticarəti üçün ilk sosial platformadır. Avropada tam lisenziyaya malik olan "Saxo Bank" müştərilərinə kompüter, planşet və smartfonlarda vahid akkauntla 20 dildə əlçatan olan və mükafata layiq görülmüş "SaxoTrader" platforması vasitəsilə FX, CFDs, ETFs, ”Stocks”, ”Futures”, ”Options” və s. platformalarda ticarət aparmaq imkanı yaradır. Sözügedən platformanı dünya üzrə 100-dən çox maliyyə təşkilatı bəyənib. ”Saxo Bank” ənənəvi bank xidmətləri ilə yanaşı, peşəkar portfolio və pul vasitələri menecmentini də təklif edir. 1992-ci ildə təsis edilmiş “Saxo Bank”ın baş ofisi Kopenhagendə yerləşir. Bundan başqa, bankın Avropa, Asiya, Yaxın Şərq, Latın Amerikası, Afrika və Avstraliya da daxil olmaqla 26-dan çox ölkədə ofisləri fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi