Yuxarı
    Bağlamaq

    Proqnoz: Bitkoin 300-400 min dollara kimi bahalaşacaq

    Ronni Moas: Bitkoinə tələbat təklifi xeyli üstələyəcək© George Frey/Getty Images

    Bakı. 18 dekabr. REPORT.AZ/ Qlobal bazarda "Bitcoin"in cari qiyməti 300-400 min dollara kimi yüksələcək. "Report" "Habertürk" saytına istinadən xəbər verir ki, bu proqnozla "Standpoint Research" araşdırma şirkətinin təsisçisi Ronni Moas (Ronnie Moas) çıxış edib.

    İyul ayında "Bitcoin" 2 600 dollar ikən qiymətinin 5 000 dollara çatacağını proqnozlaşdıran Moas, bu dəfə CNBC telekanalına verdiyi açıqlamada qiymətlərin 300-400 min dollara yüksələcəyini bildirib: "Məncə, bitkoin üçün oyunun sonu 300-400 min dollar diapazonu olacaq və bu kriptovalyuta dünyanın ən dəyərli valyutası olacaq. Dünyada sadəcə 21 mln. ədəd bitkoin olacaq və ona tələbat qiymətləri kəskin artıracaq".

    "Dünyada nə qədər qızıl olduğunu bilmirəm, amma nə qədər bitkoin olacağını bilirəm. İki il ərzində dünyada 300 mln. insan bitkoin sahibi olacaq. Tələblə təklif arasında kəskin fərq qiymətlərin yüksəlməsinə səbəb olacaq", - deyə R.Moas əlavə edib.

    Qeyd edək ki, dünən "Chicago Mercantile Exchange" (CME) birjasında "Bitcoin" fyuçersləri ilə əməliyyatlara start verilib. Nəticədə, bitkoinin qiyməti 20 000 dollar psixoloji həddini ötüb. Hazırda qiymət 19 000 dollara yaxındır. Onun kapitallaşması 320 mlrd. dollar, bazar payı isə 54,1% təşkil edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi