Proqnoz: "Bitcoin"in qiyməti 2018-ci ildə 6 500-22 000 dollar arasında olacaq

Proqnoz: "Bitcoin"in qiyməti 2018-ci ildə 6 500-22 000 dollar arasında olacaq Bakı. 28 dekabr. REPORT.AZ/ Gələn il dünya bazarında bitcoin üçün volatil, qiymətin isə, böyük ehtimalla, cari səviyyədən aşağı olacağı gözlənilir.
Maliyyə
28 Dekabr , 2017 16:08
Proqnoz: Bitcoinin qiyməti 2018-ci ildə 6 500-22 000 dollar arasında olacaq
George Frey/Getty Images

Bakı. 28 dekabr. REPORT.AZ/ Gələn il dünya bazarında "bitcoin" üçün volatil, qiymətin isə, böyük ehtimalla, cari səviyyədən aşağı olacağı gözlənilir.

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu proqnozu "DataTrek Research" gündəlik araşdırma şirkətinin analitiki, ilk kriptovalyuta proqnozçularından biri olan Nik Kolas (Nick Colas) verib.

"Bitkoinin qiymətinin 6 500-22 000 dollar diapazonunda dalğalanacağı gözlənilir. Volatilliklə yanaşı, bitkoin bazar payını da itirəcək. Bununla yanaşı, 2018-ci ildə 40%-lik 4 müxtəlif ucuzlaşma prosesi ilə üzləşə bilərik", - N.Kolas əlavə edib.

N.Kolas həmçinin bildirib ki, bitkoinin perspektivlərini qiymətləndirmək asan deyil: "Onun iqtisadi rolu istifadə ssenarisi əsasında formalaşır. Bu ssenari isə hələ formalaşmayıb. Buna görə də volatillik hələ davam edəcək".

Xatırladaq ki, "bitkoin" bu gün 12% ucuzlaşıb və hazırda 14 230 dollara satılır.

Son xəbərlər

Orphus sistemi