​Proqnoz: Azərbaycanın tədiyyə balansı bu ilin ikinci yarısında neytrallaşacaq

​Proqnoz: Azərbaycanın tədiyyə balansı bu ilin ikinci yarısında neytrallaşacaq "Report": Bu ilin I rübündə tədiyyə balansında 2 mlrd. dollar kəsir olacaq, sonradan kəsir azalacaq
Maliyyə
15 Aprel , 2015 16:38
​Proqnoz: Azərbaycanın tədiyyə balansı bu ilin ikinci yarısında neytrallaşacaq

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan 2014-cü ilin IV rübü üzrə tədiyyə balansını 1,193 mlrd. ABŞ dolları həcmində kəsirlə tamamlayıb.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, xarici ticarət balansı müsbət 2,720 mln. dollar olub ki, bu da III rübün yekunu ilə müqayisədə 46,5% azdır. Malların ixracı III rübə nəzərən 27,4% azalaraq 5,328 mlrd. dollar, idxal isə 15,5% artaraq 2,608 mlrd. dollar təşkil edib.

"Report"un analitik qrupu qeyd edir ki, hesabat dövründə ixracın azalması neftin qiymətinin düşməsi ilə əlaqədardır. İdxalın artmasında isə başlıca səbəb IV rübdə əsasən qonşu ölkələrdə devalvasiyaya görə malların xarici valyutada qiymətinın düşməsi nəticəsində Azərbaycana malların axın etməsindədir. Bu tendensiya 2015-ci ilin ilk iki ayında da sürətlənərək davam edib. Qonşu ölkələrdə daşınmaz əmlak qiymətlərinin xarici valyutada düşməsi ilə Azərbaycandan xaricə valyuta axını daha da kəskin hal alıb. Nəticədə Azərbaycan manatı devalvasiya edərək ölkənin rəqabət qabiliyyətliliyini qoruyub.

"Report"un ekspertləri tədiyyə balansının 2015-ci ilin I rübündə 2 mlrd. dollara yaxın kəsirlə tamamlanacağını, sonrakı dövrlər üçün isə kəsirin azalacağını proqnozlaşdırır. Nəticədə bu ilin III və IV rüblərində tədiyyə balansının neytrallaşacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi