​Proqnoz: Azərbaycanda qızılın ucuzlaşması gözlənilir

​Proqnoz: Azərbaycanda qızılın ucuzlaşması gözlənilir "Report": İlkin mərhələdə qızılın qiyməti 1 130 dollar/unsiya, daha sonra isə 1 000 dollar/unsiyaya düşə bilər
Maliyyə
1 May , 2015 18:29
​Proqnoz: Azərbaycanda qızılın ucuzlaşması gözlənilir

Bakı. 1 may. REPORT.AZ/ Dünən dünya xammal bazarında qızılın qiymətində kəskin azalma qeydə alınıb. "Report" xəbər verir ki, 1 unsiya qızılın qiyməti gün ərzində 1 207 dollara qədər yüksəldikdən sonra 1 176 dollara qədər geriləyib və günü 1,8% azalma ilə tamamlayıb.

ABŞ dollarının zəifləməsi fonunda qızılın qiymətinin yüksəlməsi ehtimal edilirdi. Lakin qızıl Yəməndə baş verən qarşıdurmanı da nəzərə almayaraq kəskin ucuzlaşır. Qızılın qiymətinin azalması digər xammal növlərinin qiymətlərinə də mənfi təsir göstərib. Gümüş, platin və s. qiymətli metallarda da ucuzlaşma qeydə alınıb. Hazırda qızılın unsiyası 1 180 dollara təklif olunur.

"Report" agentliyinin analitik qrupu hesab edir ki, yaxın aylarda qızılın qiyməti avronun dünya bazarında möhkəmlənməsi fonunda ən çox 1 250 dollar/unsiyaya qədər arta, azalma isə ilk mərhələdə 1 130 dollar, daha sonra isə hətta 1 000 dollar/unsiyaya qədər davam edə bilər. Bununla yanaşı, əgər 1000 dollar/unsiya səviyyəsində qızıla tələb olmazsa, qiymətlər daha kəskin şəkildə - 700 dollara qədər enə bilər.

Dünya qiymətli metallar bazarında qızılın unsiyasının qiyməti 1 000 dollara enərsə, Azərbaycanın qızıl bazarında qiymətli metalın hər 1 qramında 4-5 manatlıq ucuzlaşma müşahidə oluna bilər.

Son xəbərlər

Orphus sistemi