Proqnoz: Avronu ciddi azalma gözləyir

Proqnoz: Avronu ciddi azalma gözləyir Analitiklərin fikrincə, B.Britaniyanın Avropa İttifaqından çıxmasının avronun məzənnəsinə mənfi təsiri çox sərt olacaq
Maliyyə
31 Mart , 2016 14:22
Proqnoz: Avronu ciddi azalma gözləyir

Bakı. 31 mart. REPORT.AZ/ Avronun cari məzənnəsi Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxacağı təqdirdə Avrozonaya dəyəcək iqtisadi zərərin miqyasını əks etdirmir. "Report"un "Rambler News Service"ə istinadən verdiyi xəbərə görə, "Bank of America"nın investisiya şirkəti olan "Merril Lynch"ə görə, Britaniyanın Aİ-dən çıxması (Brexit) riskini hedc etmək üçün investorlara dollara qarşı avronu satmaq tövsiyə olunur.

Analitiklərin fikrincə, "Brexit" həyata keçəcəyi təqdirdə funt sterlinqdən çox, avro zəifləmə göstərəcək. "Merril Lynch"in ekspertləri hesab edirlər ki, referendum tarixinə yaxınlaşdıqca Britaniyanın Aİ-dən çıxması prosesinin avroya mənfi təsiri çox sərt olacaq.

"Pricewaterhouse Coopers" audit şirkətindən "The Quardian" qəzetinə verilən hesabat xarakterli açıqlamada Britaniyanın Aİ-dən çıxması ölkənin 100 mlrd. funt sterlinq və ya ÜDM-nin 5%-ni və 950 min iş yeri itirməsinə gətirib çıxaracaq.

Qeyd edək ki, Britaniyanın Aİ-də üzvlüyü ilə bağlı səsvermə iyunun 23-də keçiriləcək. Referenduma çıxarılacaq sual "Britaniya Aİ-nin üzvü olaraq qalmalıdırmı?" olacaq.

Xatırladaq ki, Britaniyanın baş naziri Devid Kemeron ölkəsinin Aİ-də qalmasının tərəfdarıdır.

Son xəbərlər

Orphus sistemi