"Pro Kredit"in istiqrazlarını almaq istəyən investisiya şirkətinin adı məlum olub

"Pro Kredit"in istiqrazlarını almaq istəyən investisiya şirkətinin adı məlum olub Bu barədə şirkətin İdarə Heyətinin sədri məlumat verib
Maliyyə
8 Noyabr , 2016 15:27
Pro Kreditin istiqrazlarını almaq istəyən investisiya şirkətinin adı məlum olub

Bakı. 8 noyabr. REPORT.AZ/ "Azfinance İnvestisiya Şirkəti" QSC "Pro Kredit" ASC bank olmayan kredit təşkilatının (BOKT) qapalı üsulla yerləşdirməyi planlaşdırdığı dollar istiqrazlarını ala bilər. Bu barədə "Report"a açıqlamasında "Azfinance"ın İdarə Heyətinin sədri Abid Məmmədov məlumat verib.

"Biz "Pro Kredit"in istiqrazlarını almağı planlaşdırıq" - A.Məmmədov qeyd edib. Bununla yanaşı, o, investisiya qoyuluşunun nə vaxt reallaşdırılacağı, əldə ediləcək qiymətli kağızlarla bağlı hansı addımların atılacağı barədə heç nə deməyib.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Pro Kredit" ASC-nin istiqrazlarının emissiya prospektini ötən ay qeydə alıb. Emissiya prospekti hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 300 ədəd adi faizli, təmin edilməmiş istiqrazın buraxılışını nəzərdə tutur. Qiymətli kağızların tədavül müddəti 24 ay, illik gəlirliliyi isə 8%-dir.

Son xəbərlər

Orphus sistemi