“Pro Kredit” BOKT-nin aktivləri 4% azalıb

“Pro Kredit” BOKT-nin aktivləri 4% azalıb “Pro Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 3,9% azalaraq bu il yanvarın 1-nə 3,552 milyon manat təşkil edib.
Maliyyə
15 İyun , 2019 17:39
“Pro Kredit” BOKT-nin aktivləri 4% azalıb

“Pro Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 3,9% azalaraq bu il yanvarın 1-nə 3,552 milyon manat təşkil edib.

“Report” bu barədə BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Pro Kredit”in müştərilərə verdiyi xalis kreditlər isə 1,4% artaraq 2,725 milyon manata çatıb.

Hesabat dövründə BOKT-nin cəmi öhdəlikləri 10,2% azalaraq 3,046 milyon manat, cəmi kapitalı isə 65,7% artaraq 507 min manat, o cümlədən nizamnamə kapitalı 40% artaraq 700 min manat olub.

“Pro Kredit” 2018-ci ili 1 min manat mənfəətlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 8 min manat zərərlə çıxmışdı.

Xatırladaq ki, "Pro Kredit" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 700 min manatdır. BOKT-nin təsisçiləri 64,3% payla Məhəbbət Məmmədov və 35,7% payla Rəna Məmmədovadır.

Son xəbərlər

Orphus sistemi