Yuxarı
    Bağlamaq

    Prezidentin müşaviri: "Yüksək faizlər və çevik məzənnə Rusiyanı məhv edə bilər"

    Rusiya sabit məzənnə və aşağı faiz həddi tətbiq etməlidir

    Bakı. 1 noyabr. REPORT.AZ/ Rusiya Bankının (Mərkəzi Bank) 2014-cü ildə çevik məzənnə siyasətinə keçməsindən sonra ölkə hədəflənən "inflyasiya maskası" altında şok terapiya siyasətindən əziyyət çəkməyə başlayıb.

    "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin regional iqtisadi inteqrasiya məsələləri üzrə müşaviri Sergey Qlazyev bildirib.

    Rusiya Bankının oktyabrın 28-də keçirdiyi iclasdan əvvəl "Bloomberg" agentliyinə müsahibə verən S.Qlazyev həddindən artıq yüksək olan faiz dərəcələrinin onsuz da resessiyadan əziyyət çəkən iqtisadiyyatı "acından öldürdüyünü" bildirib. Xatırladaq ki, Rusiya Bankı bu iclasda uçot dərəcəsrinin 10% səviyyəsində sabit saxlayıb.

    Müşavir həmçinin bildirib ki, Rusiya monetar menecmenti tərəfindən yürüdülən yüksək faiz siyasəti ölkəni uçuruma apararkən, bank və maliyyə spekulyantlarının ehtiyaclarını tam ödəyir. O, Rusiyada çevik valyuta siyasətinin bitməyən "zəlzələ" ilə müqayisə edərək qeyd edib ki, ölkə mütləq sabit valyuta siyasətinə keçməlidir. S.Qlazyev buna misal olaraq Çini göstərib və xatırladıb ki, sabit məzənnə kapital axınını gücləndirir. Çevik məzənnə siyasəti Rusiya iqtisadiyyatına inanılmaz dərəcədə ziyan vuraraq, şirkətləri investisiya planlarını ertələməyə məcbur edir.

    Müşavirin fikrincə, Rusiya iqtisadiyyatı biznes üçün kredit həcmini 4 trln. rubl (64 mlrd. ABŞ dolları) qədər artırarsa (hazırda 200 mlrd. rubl) 8% iqtisadi artıma nail olmaq mümkündür: "Cari iqtisadi siyasət olan-qalan emal sənayesini də məhv edə bilər".

    S.Qlazyev Rusiya iqtisadiyyatının 5 trln. rubl (80 mlrd. dollar) vəsaitə ehtiyacı olduğunu bildirib. Onun fikrincə, bu rəqəm artan sosial gərginlik və əhalinin narazılığına ödəniləcək qiymətlə müqayisədə böyük itki deyil. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi