Yuxarı

Prezidentin köməkçisi: "Azərbaycanda məzənnə idxaldan asılı olaraq dəyişə bilir"

Natiq Əmirov: Yekunda manat öz obyektiv yerini tapacaq

Bakı. 11 mart. REPORT.AZ/ "Hazırda manatı narahat edəcək və Mərkəzi Bankın təcili müdaxiləsini tələb edəcək dalğalanma müşahidə etmirik". "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirib.

"Azərbaycanda idxalın səviyyəsindən asılı olaraq məzənnə dəyişə bilir. İdxalın həcmi artdıqca, manatın məzənnəsi zəifləməyə doğru gedir. Çünki dollar və digər valyutlara tələbat artır. İdxal azaldıqca isə manat dəyər qazanır. Üzən məzənnə siyasətinin əsası odur ki, yekunda manat öz yerini tapmalıdır", - deyə N.Əmirov qeyd edib.

"Burada qırmızı xətt ola bilməz, bunu bazar müəyyənləşdirəcək. Manat da bu eniş-yüksəlişlə obyektiv, düzgün yerini tapacaq. Ümumilikdə isə iqtisadiyyata zərər verəcək hədd dövlət üçün qırmızı xətdir və belə hallarda Mərkəzi Bank bazara müdaxilə edir", - deyə prezidentin köməkçisi əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi