Prezident Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədrinə müavin təyin edib

Prezident Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədrinə müavin təyin edib Həmin şəxs Mərkəzi Bankda işləyib
Maliyyə
29 Mart , 2016 12:13
Prezident Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədrinə müavin təyin edib

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Nigar Ramiz qızı Məmmədova Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini təyin edilib.

"Report"un verdiyi xəbərə görə, Nigar Məmmədova 1973-cü ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini və Amerika Birləşmiş Ştatlarında Brandeys Universitetinin maliyyə üzrə magistr pilləsini bitirib. Əmək fəaliyyətinə Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayan Nigar Məmmədova müxtəlif vəzifələrdə çalışıb və Bazar əməliyyatları departamentinin direktoru vəzifəsinədək yüksəlib.

Son xəbərlər

Orphus sistemi