Prezident İlham Əliyev “VTB Bank”ın prezidenti ilə görüşüb - ƏLAVƏ OLUNUB

Prezident İlham Əliyev “VTB Bank”ın prezidenti ilə görüşüb - ƏLAVƏ OLUNUB Andrey Kostin Azərbaycan Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlıq etdiklərini vurğulayıb
Maliyyə
23 Yanvar , 2018 19:28
Prezident İlham Əliyev “VTB Bank”ın prezidenti ilə görüşüb - ƏLAVƏ OLUNUB

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda “VTB Bank”ın prezidenti, idarə heyətinin sədri Andrey Kostin ilə görüşüb. 

"Report" xəbər verir ki, Andrey Kostin Azərbaycanda fəaliyyətlərini inkişaf etdirmək əzmində olduqlarını vurğulayaraq kapitalın həcmini artırmağa maraq göstərdiklərini bildirib. “VTB Bank”ın prezidenti qarşılıqlı investisiya imkanlarının öyrənilməsinin əhəmiyyətindən danışıb və Azərbaycan Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlıq etdiklərini vurğulayıb. O, bu işlərdə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıq edib.

Prezident İlham Əliyev ölkəmizin “VTB Bank” ilə əməkdaşlığının genişləndirilməsindən məmnunluğunu ifadə edib, Azərbaycan Dövlət Neft Fondunun “VTB Bank”ın fəal səhmdarlarından biri olduğunu vurğulayıb. Dövlət başçısı Azərbaycan tərəfinin “VTB Bank” ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib və bu əməkdaşlığın ölkəmizdə özəl sektorun fəaliyyətinin genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Son xəbərlər

Orphus sistemi