Prezident bank sektorunun sağlamlaşdırılması üçün görüləcək tədbirləri açıqladı

Prezident bank sektorunun sağlamlaşdırılması üçün görüləcək tədbirləri açıqladı Bank sektorunun sağlamlaşdırılması istiqamətində bütövlükdə ilin əvvəlindən addımlar atılır və bu məsələ ilə bağlı bir neçə müşavirə də keçirilmişdir.
Maliyyə
31 Mart , 2020 17:09
Prezident bank sektorunun sağlamlaşdırılması üçün görüləcək tədbirləri açıqladı
0 : 00
0 : 00

"Bank sektorunun sağlamlaşdırılması istiqamətində bütövlükdə ilin əvvəlindən addımlar atılır və bu məsələ ilə bağlı bir neçə müşavirə də keçirilmişdir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

"Hesab edirəm ki, hətta pandemiya ilə əlaqəsi olmayan sahələrdə də islahatlar dərinləşməlidir və bunu biz təmin edəcəyik. Bank sektorunun sağlamlaşdırılması və real iqtisadiyyatı maliyyələşdirməsi istiqamətində əlavə tədbirlər görüləcək. Kredit zəmanət təklifi də hesab edirəm ki, çox vaxtında verilmiş təklifdir. Biz bunu mütləq nəzərə alacağıq", - dövlət başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi