Prezident: “Bank sektorunun möhkəmlənməsi və sağlamlaşdırılması prosesi gedir”

Prezident: “Bank sektorunun möhkəmlənməsi və sağlamlaşdırılması prosesi gedir” “Bu istiqamətdə çox önəmli addımlar atılıb”
Maliyyə
9 Aprel , 2016 22:09
Prezident: “Bank sektorunun möhkəmlənməsi və sağlamlaşdırılması prosesi gedir”

Bakı. 9 Aprel. REPORT.AZ/ “Bank sektorunun möhkəmlənməsi və sağlamlaşdırılması prosesi gedir. Bu istiqamətdə çox önəmli addımlar atılıb”.

“Report”un xəbərinə görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Prezident maliyyə nəzarəti haqqında, digər istiqamətlər üzrə də önəmli addımların atıldığını bildirib:

“Hesab edirəm ki, bu, bank sektorunun inkişafına xidmət göstərəcək. Əmanətlərin tam sığortalanması haqqında qərar qəbul edilib. Bu, həm sosial xarakter daşıyır, həm də əlbəttə ki, bank sektoruna əhali tərəfindən inamı artırır. İndi bütün əmanətlər sığortalanıb. Hesab edirəm ki, gələcəkdə dollarlaşma meyillərinin qarşısı da alınacaq. Əfsuslar olsun ki, indi əmanətlərin böyük hissəsi dollarla saxlanılır. Bu da əlbəttə ki, ölkə iqtisadiyyatı üçün müsbət hal deyil”.

Son xəbərlər

Orphus sistemi