“Premium Bank”ın xalis mənfəəti 61% azalıb

“Premium Bank”ın xalis mənfəəti 61% azalıb “Premium Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 11,082 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
17 Oktyabr , 2019 10:23
“Premium Bank”ın xalis mənfəəti 61% azalıb

“Premium Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 11,082 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 60,7% azdır.

9 ay ərzində “Premium Bank”ın gəlirləri 45,697 milyon manat (illik müqayisədə 6,3% çox), xərcləri 32,934 milyon manat (1,9% az), xüsusi ehtiyatlara ayırmaları 186 min manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 1,495 milyon manat (3,7 dəfə çox) təşkil edib.

Bu il oktyabrın 1-nə “Premium Bank”ın aktivləri 576,387 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,1% azdır. Bunun 489,664 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 11,5% kiçilib.

Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 4,4% azalaraq 445,958 milyon manata, o cümlədən depozit portfeli 10,3% azalaraq 396,936 milyon manata, balans kapitalı isə 11,8% azalaraq 130,43 milyon manata düşüb.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 104,601 milyon manatdır. Bankın səhmlərinin 84,48%-i Zərifə Həmzəyevaya, 15,22%-i "VIP Aviation Services" MMC-yə, 0,31%-i isə Elvira Əhmədovaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi