"Premier Kredit" istiqraz satışını dayandırıb

"Premier Kredit" istiqraz satışını dayandırıb Buna yüksək gəlirlilik səbəb olub
Maliyyə
26 Avqust , 2016 13:39
Premier Kredit istiqraz satışını dayandırıb

Bakı. 26 avqust. REPORT.AZ/ "Premier Kredit" bank olmayan kredit təşkilatı ötən ilin avqust ayında Bakı Fond Birjasında (BFB) ticarətə buraxdığı istiqrazların satışını dayandırıb. Bunu "Report"a BOKT-dan deyiblər.

Xatırladaq ki, "Premier Kredit"in istiqraz emissiyası ötən il iyulun 23-də qeydə alınıb. Avqustun 11-də isə BFB-nin Listinq Komitəsinin qərarı ilə BOKT-un hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 580 istiqrazı Birjanın alternativ bazar seqmentində yerləşdirilib. İstiqrazların tədüvül müddəti 720 gün, illik gəlirliliyi 13,5%, anderrayteri isə "Kapital Menecment" investisiya şirkəti olub. Faizlər 3 aydan bir ödənilib.

Bununla belə, istiqrazlarının illik faiz dərəcəsinin kifayət qədər yüksək olması "Premier Kredit"i satışı dayandırmağa məcbur edib: "580 istiqrazdan 366-nı satandan sonra yerləşdirməyə son vermək qərarına gəldik. Çünki satdığımız istiqrazlara görə faiz ödəyirik. Dollarla alınmış borca görə isə illik 13,5% divident ödəmək bu gün sərfəli deyil".

Xatırladaq ki, "Premier Kredit" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçiləri 34%-lə Şəhla Muxtar qızı Mehdiyeva, 33%-lə Validə İlham qızı Əzizova və 33%-lə İlahə Ənvər qızı Bəxşəliyevadır.

Son xəbərlər

Orphus sistemi