Bakı. 10 iyul. REPORT.AZ/ “Premier Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 17,8% azalaraq bu il yanvarın 1-nə 4,282 mln. manat təşkil edib.
“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Premier Kredit”in müştərilərə verdiyi xalis kreditlər 24,4% azalaraq 3,788 mln. manata düşüb.
Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 19,1% azalaraq 3,913 mln. manat, cəmi kapitalı isə 0,5% azalaraq 369 min manat, o cümlədən nizamnamə kapitalı 14,1% artaraq 354 min manat olub.
“Premier Kredit” 2017-ci ili 12 min manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı ilə nisbətən 5,5 dəfə azdır.