Polşa, Macarıstan və Çexiya avroya keçməyi planlaşdırmır

Polşa, Macarıstan və Çexiya avroya keçməyi planlaşdırmır Avroya keçid məcburi olmayacaq
Maliyyə
14 Dekabr , 2017 17:10
Polşa, Macarıstan və Çexiya avroya keçməyi planlaşdırmır

Bakı. 14 dekabr. REPORT.AZ/ Polşa, Macarıstan və Çexiya avro pul vahidinə keçməyi planlaşdırmadığını bildirib.

"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama dekabrın 14-15-də Brüsseldə keçiriləcək Avropa İttifaqı (Aİ) ölkələri liderlərinin sammiti öncəsi verilib.

Qeyd edək ki, 2 günlük sammitdə Aİ ölkələri liderlərinin avrozonada vəziyyəti müzakirə edəcəyi gözlənilir. Hazırda avrozonaya Avstriya, Belçika, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, İspaniya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa və Estoniya daxildir.

Avrozonaya Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, Xorvatiya, Çexiya və İsveçin keçəcəyi gözlənilir. Lakin Avropa Şurasından verilən məlumatda bildirilir ki, Aİ ölkələrinin avroya keçidi məcburi olmayacaq.

Son xəbərlər

Orphus sistemi