“Plato Capital and Co. İnvestisiya Şirkəti”nin aktivləri 13% azalıb

“Plato Capital and Co. İnvestisiya Şirkəti”nin aktivləri 13% azalıb “Plato Capital and Co. İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri illik müqayisədə 12,9% azalaraq bu il yanvarın 1-nə 122 min manat təşkil edib.
Maliyyə
17 May , 2019 11:05
“Plato Capital and Co. İnvestisiya Şirkəti”nin aktivləri 13% azalıb

“Plato Capital and Co. İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri illik müqayisədə 12,9% azalaraq bu il yanvarın 1-nə 122 min manat təşkil edib.

“Report” bu barədə kommersiya qurumunun maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə “Plato Capital and Co."nun cəmi öhdəlikləri 2,5 dəfə artaraq 137 min manata çatıb, 85 min manatlıq cəmi kapitalı isə 15 min manatlıq kapital çatışmazlığı ilə əvəz olunub. 

İnvestisiya şirkəti 2018-ci ili 100 min manat zərərlə başa vurub. Bu, 2017-ci ilə nisbətən 2,9% azdır. 

Son xəbərlər

Orphus sistemi