"Petkim"in səhmləri TOP-5-də yer alıb

"Petkim"in səhmləri TOP-5-də yer alıb "Petkim"in səhmləri iyunda 9%-lik qiymət artımı göstərib
Maliyyə
5 İyul , 2017 17:43
Petkimin səhmləri TOP-5-də yer alıb

Bakı. 5 iyul. REPORT.AZ/ Xarici investorlar tərəfindən iyun ayında səhmləri ən çox alınan şirkətlər sırasında "Petkim" 5-ci olub.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, xarici investorlar iyunda İstanbul Fond Birjasında 19,9 mln. ABŞ dolları həcmində "Petkim" səhmi alıblar. Nəticədə "Petkim"in səhmləri iyun ayı ərzində 5,55 lirədən 6,060 lirəyə, yəni 9,2% bahalaşıb.

Birjadan verilən məlumata görə, iyun ayında xarici investorlar xalis 261 mln. dollar, ilin əvvəlindən isə 1,628 mlrd. dollarlıq səhm alışı həyata keçiriblər. Nəticədə, Türkiyənin əsas fond birjası indeksi - "BIST-100" türk lirəsi ekvivalentində 2,92%, dollar ekvivalentində isə 3,16% artıb.

Xarici investorların iyun ayında ən çox aldığı səhmlər "Türk Hava Yolları" (84,1 mln. dollar), "Global Yatırım Holdinq" (68,8 mln. dollar), "İş Bankası (C)" (45,1 mln. dollar) və "Akbank" (22,9 mln. dollar) şirkətlərə aid olub.

Son xəbərlər

Orphus sistemi