“Petkim”in rəhbərliyi avrobond emissiyası üçün xarici investorlarla görüşlər keçirəcək

“Petkim”in rəhbərliyi avrobond emissiyası üçün xarici investorlarla görüşlər keçirəcək Bakı. 12 yanvar. REPORT.AZ/ Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding”in rəhbər şəxsləri İrlandiya birjasında yerləşdirilməsi planlaşdırılan 500 mln. dollara qədər avrobond emissiyası üçün yanvarın 15-dən başlayaraq  Böyük Britaniya və ABŞ-da potensial investorlarla görüşlər keçirəcək.
Maliyyə
12 Yanvar , 2018 11:02
“Petkim”in rəhbərliyi avrobond emissiyası üçün xarici investorlarla görüşlər keçirəcək

Bakı. 12 yanvar. REPORT.AZ/ Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding”in rəhbər şəxsləri İrlandiya birjasında yerləşdirilməsi planlaşdırılan 500 mln. dollara qədər avrobond emissiyası üçün yanvarın 15-dən başlayaraq  Böyük Britaniya və ABŞ-da potensial investorlarla görüşlər keçirəcək.

“Report” xəbər verir ki, bu barədə “Petkim” Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu- KAP) məlumat yayıb. 

Məlumata görə, “Petkim”in avrobond emissiyası üçün ABŞ-ın “Goldman Sachs” və “JP Morgan” investisiya banklarına səlahiyyət verilib.

Qeyd edək ki, “Petkim Holding” Əliağada (İzmir) inşa olunan STAR neft emalı zavodunda pay almaq üçün ötən il oktyabrın 27-də İdarə Heyətinin qərarına əsasən 500 mln. dollara qədər avrobond emissiyası planlaşdırdığı barədə məlumat yayıb. Noyabr ayında isə Sərmayə Bazarı Qurumuna müraciət edib. Ötən il dekabrın sonunda Türkiyənin Sərmayə Bazarı Qurumu “Petkim Holding”in avrobond emissiyası üçün müraciətinə müsbət cavab verib.

2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir. “Petkim” Türkiyənin ilk və yeganə neft-kimya kompleksi və Egey bölgəsinin ən böyük ixracatçısıdır.

Son xəbərlər

Orphus sistemi