“Petkim”in auditini “PwC” şirkəti aparacaq

“Petkim”in auditini “PwC” şirkəti aparacaq Holdinqin gələn il fəaliyyəti audit ediləcək
Maliyyə
16 Dekabr , 2016 15:15
“Petkim”in auditini “PwC” şirkəti aparacaq

Bakı. 16 dekabr. REPORT.AZ/ “PwC” (“PricewaterhouseCoopers”) şirkəti əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Petrokimya Holding A.Ş.”nin gələn il fəaliyyətinin auditini aparmaq üçün seçilib.

“Report” xəbər verir ki, bu barədə Holdinqin Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) yaydığı məlumatda bildirilib.

“İdarə Heyəti “Sərmayə bazarı" və “Türk ticarət” qanunlara uyğun olaraq,  şirkətimizin 2017-ci il fəaliyyət müddətinin auditi üçün “PwC” müstəqil audit şirkətinin seçilməsinə və bu seçimin ümumi yığıncağa təsdiq üçün təqdim olunmasına qərar verib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, "Petkim Holding" 1951-ci ildə 250 mln. TRY sərmayəsi ilə qurulub. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda "Petkim"in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. Petkim Əliağa Kompleksində 14 əsas zavod və 8 yardımçı tikili, bir-birinə inteqrasiya edilmiş 22 təsis yer almaqdadır.

"Petkim" Türkiyənin ilk və yeganə yerli neft-kimya məhsul istehsalçısı olaraq, daxili bazarda təxminən 20%-lik paya malikdir. 

Son xəbərlər

Orphus sistemi