Yuxarı

“Petkim” 9 ayda 873 mln. lirə mənfəət əldə edib

“Petkim” 9 ayda 873 mln. lirə mənfəət əldə edib

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim (Petrokimya) Holding”in xalis mənfəəti bu ilin 9 ayında 873,228 mln. Türkiyə lirəsi (TRY) təşkil edib.

“Report” xəbər verir ki, bu barədə şirkət Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) məlumat yayıb.

İyul-sentyabr aylarında isə bu göstərici 391,151 mln. TRY təşkil edib.

Hesabat dövründə şirkətin satışları 7,28 mlrd. TRY məbləğində olub. Bu il sentyabrın 30-na şirkətin aktivləri 13,959 mlrd. TRY təşkil edib.

Xatırladaq ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi