​Peşəkar Sığortaçı Sertifikasiyası imtahanına qeydiyyat başlayıb

​Peşəkar Sığortaçı Sertifikasiyası imtahanına qeydiyyat başlayıb İlk imtahanın dekabrın 20-də keçirilməsi planlaşdırılır
Maliyyə
11 Dekabr , 2015 10:44
​Peşəkar Sığortaçı Sertifikasiyası imtahanına qeydiyyat başlayıb

Bakı. 11 dekabr. REPORT.AZ/ Maliyyə Nazirliyinin dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən hazırlanmış Peşəkar Sığortaçı Sertifikasiya (PSS) proqramı üzrə ilk imtahanın (sığorta işinin prinsipləri) dekabrın 20-də keçirilməsi planlaşdırılır.

"Report"un ASA-ya istinadən verdiyi xəbərə görə, imtahan eyni vaxtda və müddətdə 3 imtahan mərkəzində keçiriləcək.

İmtahan üçün qeydiyyat ARPA-nın veb-səhifəsi vasitəsilə bilavasitə namizədlər tərəfindən fərdi şəkildə həyata keçirilməlidir. Qeydiyyat prosesi dekabrın 7-18-də aparılacaq.

Son xəbərlər

Orphus sistemi